Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Polşalı səyyah Xudafərin körpüsünün UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmasını vacib sayır
"Çox şadam ki, Xudafərin körpüsünü görə bildim".
Bunu "Report"a Cəbrayılda polşalı səyyah Bartoş Kozik deyib.
"Biz buranı ziyarət etməyi bacaran ilk turistlərdənik. Ümid edirəm ki, bütün dünya bizim kimi buranı gəlib görə biləcək. Həmçinin Xudafərin körpüsünün UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsini də görmək istərdim", - o bildirib.
Xatırladaq ki, 35 nəfərdən ibarət beynəlxalq səyyahdan ibarət nümayəndə heyəti Azərbaycanın işğaldan azad edilmiş ərazilərində səfərdədir. Bu gün onlar Cəbrayıl rayonundakı Xudafərin körpüsündə olublar.
Səfər dünyaca məşhur MTP (Most Traveled People) təşkilatı tərəfindən təşkil edilib.
Son 4 ildə 50-yə yaxın ölkədən 360-dan çox beynəlxalq səyahətçi Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edib. Çarlz Veylinin başçılıq etdiyi bu qrupun səfəri sayca 11-ci olub.
Səfərdə 13 ölkədən - ABŞ, Böyük Britaniya, Almaniya, İsveçrə, Norveç, İsveç, Portuqaliya, Filippin, Polşa, Macarıstan və başqalarından səyahətçilər iştirak edirlər.
"Most traveled People (MTP)" teqi üzrə xəbərlər
- Lakşmi Partasarati: "Beynəlxalq ictimaiyyət mina problemini həll etmək üçün birləşməlidir"
- Çarlz Veyli: "Mina təhlükəsi Qarabağın sürətli inkişafına ciddi maneədir"
- Beynəlxalq səyyahlar Füzuli rayonuna səfər ediblər
- Rusiyalı səyyah: "Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin böyük turizm potensialı var"
- Amerikalı səyyah: "Dinc sakinlərin ölümü faciədir"