Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Tovuzda Kür çayından daha bir şəxsin meyiti aşkarlandı
Tovuz rayonunda bu ilin iyununda avtomobilin Kür çayına düşməsi nəticəsində suda boğulan daha bir şəxsin meyiti aşkar edilib.
"Report"un Qərb bürosunun məlumatına görə, Kür çayında batan Tovuz rayon sakini, 1988-ci il təvəllüdlü Elxan Sadıqovun meyiti tapılıb.
Meyit tibbi ekspertizaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Ötən gün Kürdə meyiti tapılan şəxsin kimliyi açıqlanıb.
APA-nın yerli bürosunun məlumatına görə, meyiti tapılan şəxsin 1989-cu il təvəllüdlü Tural Hüseyin oğlu Quliyev olduğu üzə çıxıb.
Qeyd edək ki, iyunun 2-də Tovuz rayonunun Hunanlar kəndi ərazisində avtomobilin Kür çayına düşməsi nəticəsində batdığı ehtimal olunan iki nəfərdən birinin meyiti avtomobilin çaya düşdüyü yerdən 3 km məsafədə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Xatırladaq ki, iyunun 2-də hərəkətdə olan VAZ-2107 markalı minik avtomobili Kür çayına aşıb. Bu zaman sürücü 1989-cu il təvəllüdlü Tural Quliyev, 1991-ci il təvəllüdlü Vüqar Cəfərov və 1988-ci il təvəllüdlü Elxan Sadıqov batıb. 1992-ci il təvəllüdlü Turqut İbrahimov xilas olub.
Aparılan axtarışların nəticəsi olaraq, 9 iyun 2024-cü il tarixində batan üç nəfərdən birinin - 1992-ci il təvəllüdlü Vüqar Rəsul oğlu Cəfərovun meyiti dalğıclar tərəfindən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hazırda batdığı ehtimal olunan 1988-ci il təvəllüdlü Elxan Sakit oğlu Sadıqovun axtarışları intensiv şəkildə davam etdirilir.
Rəylər