Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
“Nikosayağı” qəza törədərkən sərxoş olub - VİDEO
“Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirlinin cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.
“Qafqazinfo”nun məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
N.Şakirliyə qarşı Cinayət Məcəlləsinin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.
Məlumata görə, bloqer qəza törədən vaxt sərxoş vəziyyətdə olduğu üçün ona qarşı həmin maddə irəli sürülüb.
Cinayət işini hakim Samir Əliyev araşdıracaq.
Qeyd edək ki, hadisə ötən ilin avqustunda qeydə alınıb. N.Şakirlinin darə etdiyi “Porsche” markalı avtomobili ilə TIR-a çırpılıb. Qəza nəticəsində avtomobildə olan bloqerin dostu Ruslan Məmmədov vəfat edib. Nicat Şakirlinin sağ yuxarı ətrafı dirsəkdən amputasiya edilib.
Mövzuya aid xəbərlər
- “Nikosayağı”nın işi niyə Ağır Cinayətlər Məhkəməsinə göndərilib? - AÇIQLAMA + FOTO/VİDEO
- “Nikosayağı”nın törətdiyi dəhşətli qəzanın görüntüləri - ANBAAN VİDEO
- Qəzaya düşən bloqer “Nikosayağı”nın yaxınları Baku TV-yə danışıblar - VİDEO
- “Nikosayağı”nın qolunu itirdiyi avtoqəzada ölən şəxs biznesmen oğlu imiş - YENİLƏNİB + FOTO/VİDEO
Rəylər