Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
“Nikosayağı”nın qolunu itirdiyi avtoqəzada ölən şəxs biznesmen oğlu imiş - YENİLƏNİB + FOTO/VİDEO
Sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirlinin törətdiyi yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin kimliyi bilinib.
Oxu.Az-ın məlumatına görə, ölən şəxs Ruslan Məmmədovdur.
Mərhumun Gəncədəki “İmperial” şadlıq sarayı və istirahət mərkəzinin sahibinin oğlu olduğu bildirilir.
Qeyd edək ki, bloqer Nicat Şakirli tanınmış nevropatoloq Nafiz Mütəllimovun oğludur.
Bloqerin düşdüyü qəzadan görüntüləri təqdim edirik:
06:26
Sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirli qəzaya düşüb.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Hadisə Heydər Əliyev prospektində qeydə alınıb.
N.Şakirli idarə etdiyi “Porsche” markalı avtomobili ilə TIR-a çırpılıb. Qəza nəticəsində bloqer və avtomobildə olan sərnişinlər ağır bədən xəsarətləri alaraq xəstəxanaya aparılıblar.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (DYP) baş inspektoru Araz Əsgərli açıqlamasında bildirib ki, qəza nəticəsində bir nəfər ölüb, bir nəfər ağır xəsarət alıb.
Bundan başqa hadisə vaxtı yolda hərəkəti tənzimləyən polis əməkdaşını da avtomobil vurub, o, ayağından xəsarət alıb.
Hazırda polis yolda hərəkətin maneəsiz təşkili istiqamətində tədbirlər görür.
TƏBİB-dən verilən məlumatda deyilir ki, xəsarət alanlar-29 yaşlı Nicat Şakirli sağ yuxarı ətrafın dirsəkdən amputasiyası, 23 yaşlı Fəxri Rüstəmov isə sağ əlin kəsilmiş yarası diaqnozu ilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə təxliyə olunublar. Hazırda onlara zəruri tibbi xidmət göstərilir. Bir nəfər isə həyatını itirib.
İlhamə Əbülfət
Rəylər