Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Məktəblərdə ştat ayrılıb, amma dərs keçirilmir - Kimdir müqəssir?
Hazırda bir çox məktəblərdə bəzi fənlər var ki, dərs proqramına salınıb, lakin tədris olunmur. Baxmayaraq ki, həmin fənn üçün müəyyən vəsait ayrılır. Bu cür halların yaranması, əlbəttə ki, tədris prosesinə öz mənfi təsirini göstərir.
Bəs bu problem necə aradan qaldırıla bilər?
Məsələ ilə bağlı “Trend”in suallarını cavablayan Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov qeyd edib ki, bir çox hallarda bəzi dərslər yetərincə tədris olunmadığına dair fikirlər ortaya çıxır.
“Bütövlükdə tədris yükü müəyyənləşdirilərkən o dərslərin əhəmiyyəti nəzərə alınaraq proqramlar tərtib olunur. Cədvəldə olan, lakin keçilməyən dərslərin olması halı yolverilməzdir. Hər bir dərsin şagirdin yetişməsində müəyyən rolu var. Hesab edirəm ki, bunla bağlı mütləq araşdırma aparılmalıdır. Əgər belə hallar varsa, mütləq şəkildə ilk növbədə məktəb rəhbərləri barədə ciddi tədbirlər görülməlidir. Tədris proqramında dərs varsa, ona zaman və vəsait ayrılırsa, həmin dərs tədris olunmalıdır. Bu kimi məsələlərdə nizam intizamı tətbiq etmək olduqca vacibdir”, - deyə o əlavə edib.
"İlqar Orucov" teqi üzrə xəbərlər
- Məktəb tükənmişliyi, aqressiya, mənəvi sağlamlıq - Şagirdlər hansı testlərdən keçirilməlidirlər?
- Tələbələrin NƏZƏRİNƏ: Bütün əməliyyatlar tək kartla həyata keçiriləcək
- Ali məktəblərə qəbul balları artırılacaq?
- Ekspertdən İRAD: “Bu gün direktorlar şagirdə söz deməyə ehtiyat edirlər”
- “İqtisadiyyatının inkişafı ilə bağlı yeni ixtisaslar yarana bilər” - AÇIQLAMA + FOTO
Rəylər