Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Ali məktəblərə qəbul balları artırılacaq?
Ali təhsil müəssisələrinə qəbul imtahanları yekunlaşmaq üzrədir. Hər zaman olduğu kimi, ixtisas seçimi başlayan zaman rəqabət daha da güclənəcək. Ötən il daha çox I və II ixtisas qrupu üzrə müraciətlər çox idi. Bəzi ixtisaslar yerdəyişməyə məruz qaldı.
Bəs görəsən, bu il abituriyentlər hansı ixtisaslara üstünlük verəcəklər? Qruplar üzrə ixtisaslarda nə kimi yeniliklər, yerdəyişmələr olacaq? Nə kimi güzəştlər tətbiq ediləcək?
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucovun sözlərinə görə, I, II və III ixtisas qruplarında rəqabət güclüdür:
"Ən çox rəqabət və müraciət I ixtisas qrupu üzrədir. Konkret olaraq hansısa ixtisas qrupu üzrə yerdəyişmələr olmayacaq. Hesab edirəm ki, müraciətlərin sayına görə I ixtisas qrupu liderdir, ikinci pillədə isə III ixtisas qrupu yer alır. Növbəti yerlərdə isə II, IV və V ixtisas qrupları dayanır".
Ekspert qeyd edib ki, bu il qəbul balları artmayacaq:
"Hətta bəzən iddialar səslənir ki, bütövlükdə bu il qəbul balları artacaq. Əlbəttə ki, bunlar hamısı proqnozlardır. Yekun nəticədən sonra reallığın nə olacağını biləcəyik. Mən düşünürəm ki, qəbul balları çox yüksək olmayacaq.
Söhbət qruplardan getmir. Ayrı-ayrı ixtisaslarda ümumilikdə qəbul ballarının artması mümkündür. Hər il bu müşahidə olunur. Bu il də istisna deyil. Bəzi ixtisaslarda qəbul balının endirilməsi də ola bilər. Ümumilikdə ciddi bir fərq olacağını güman etmirəm.
Əvvəlki illərlə müqayisədə dövlət sifarişli plan yerlərində artım mövcuddur. Bunun səbəblərindən biri də budur ki, bu il Azərbaycanda iki yeni ali təhsil müəssisəsinə - Qarabağ Universiteti və Türkiyə-Azərbaycan Universitetinə - də qəbul aparılacaq. Minimum balların da artacağını düşünmürəm. Bütövlükdə tələbə qəbulunda plan yerlərinin ümumi artımı buna imkan verməyəcək".
"Son illərdə cəlbedici ixtisaslar var ki, onlara maraq və rəqabət daha çox olur. Buna kompüter elmləri, iqtisadiyyat, maliyyə, tibb, hüquqşünaslıq, mühəndislik aiddir.
Ötən il pedaqoji ixtisaslarda bal artımını müşahidə etdik. Arzu edirəm ki, bu il də artım olsun. Belə bir hal, hesab edirəm ki, Azərbaycan üçün pedaqoji ixtisaslarda savadlı kadrların vacibliyindən irəli gəlir. Bu, sırf bizim gənclərin pedaqogikaya maraq və həvəs göstərmələri üçündür", - deyə İ.Orucov əlavə edib.
Nəzrin Vahid
"Ali məktəblərə qəbul imtahanları" teqi üzrə xəbərlər
- Bu xəbərləri qaçırmayın: 22.10.2024-ün ən mühüm hadisələri
- SAT imtahan nəticələri ilə tələbə qəbulu - Niyə Azərbaycanda bütün universitetlər bunu tətbiq etmir?
- Bu xəbərləri qaçırmayın: 28.08.2024-ün ən mühüm hadisələri
- Universitetlərə qəbul olanlar üçün qeydiyyat başlayıb
- Bu xəbərləri qaçırmayın: 26.08.2024-ün ən mühüm hadisələri
Rəylər