Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Əlil ana övladı üçün yardım diləyir: Yusifin müalicəyə ehtiyacı var
Doqquz yaşlı Yusifin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Günel Əsgərova məlumat verib.
O bildirib ki, övladı anadangəlmə serebral iflicdən əziyyət çəkir:
"Yusifin doqquz yaşı var. O, anadangəlmə serebral iflicdən əziyyət çəkir. Keçən il pay torpağımı sataraq Yusifi müayinə üçün İrana apardım. Orada Yusifin başına maye yığıldığını, təcili əməliyyat edilməli olduğunu dedilər. Oktyabr ayında biz İrana gedib, onun əməliyyatını etdirdik. Hazırda həkimlər Yusifin mədəsində şiş aşkarlayıblar, başına isə su yığıldığını deyirlər. Onun müalicələri üçün 500 manata ehtiyacımız var".
Günel Əsgərova övladlarına təkbaşına baxdığını deyib:
"Mənim Yusifdən əlavə iki övladım da var. Onların atası illər əvvəl bizdən ayrılıb, özünə yeni həyat qurub. Övladları ilə maraqlanmır, heç bir dəstəyi də yoxdur. Özüm ikinci qrup əliləm, bir qolum işləmir. Buna görə də iş tapıb işləyə bilmirəm. Yusiflə mənim pensiyama dolandıra bilirəm uşaqlarımı. İnanın, uşaqlarımı bir qarnı ac, bir qarnı tox böyüdürəm. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını, övladımın müalicəsi üçün köməklərini əsirgəməmələrini xahiş edirəm".
Ailə ilə əlaqə: (051) 819-60-21.
Kapital Bank: 4169 7388 9040 8358.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- Gənc ana övladının müalicəsi üçün dəstək istəyir: "Nə yemək yeyir, nə su içir"
- İki yaşlı Fatimənin anası: "O bizim yeganə övladımızdır, müalicə üçün dəstəyə ehtiyacımız var"
- 13 yaşlı İbrahimin dəstəyə ehtiyacı var: "Dərmanlarını içməyəndə vəziyyəti lap pisləşir"
- 35 yaşlı Nicatın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var
- Qazanı üzərinə aşıran Fatimənin dəstəyə ehtiyacı var
Rəylər