Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
13 yaşlı İbrahimin dəstəyə ehtiyacı var: "Dərmanlarını içməyəndə vəziyyəti lap pisləşir"
13 yaşlı İbrahimin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Nəzakət Abdullayeva məlumat verib.
O bildirib ki, övladı anadangəlmə serebral iflic xəstəliyindən əziyyət çəkir:
"İbrahimin 13 yaşı var. O, anadangəlmə serebral iflic xəstəliyindən əziyyət çəkir. Doğulduğu gündən vəziyyəti ilə bağlı daim müalicələr və masajlara aparmışıq. Hazırda isə son dövrlər maddi imkanımız çatmadığı üçün nə masaja apara bilirik, nə də dərmanlarını vaxtlı-vaxtında ala bilirik. Belə olan halda isə uşağın vəziyyəti lap ağırlaşır, qıcolmaları artır. Hazırda İbrahimin müalicələrini edə bilmək üçün 1 500 manata ehtiyacımız var".
Gənc ana İbrahimdən başqa üç uşağı olduğunu deyib:
"Bizim İbrahimdən başqa daha üç uşağımız var. Mən uşağın vəziyyətinə görə işləyə bilmirəm, yoldaşım isə günü 15 manata fəhləlik edir. Hazırda vəziyyətimiz çox ağırdır. Həm xəstə uşaq, həm gündəlik xərcləri qarşılamaq, inanın, o məbləğlə imkansızdır. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (055) 271-25-24.
Kapital Bank: 4169 7388 4398 7631.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- Gənc ana övladının müalicəsi üçün dəstək istəyir: "Nə yemək yeyir, nə su içir"
- İki yaşlı Fatimənin anası: "O bizim yeganə övladımızdır, müalicə üçün dəstəyə ehtiyacımız var"
- Əlil ana övladı üçün yardım diləyir: Yusifin müalicəyə ehtiyacı var
- 35 yaşlı Nicatın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var
- Qazanı üzərinə aşıran Fatimənin dəstəyə ehtiyacı var
Rəylər