Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Deputat: "Bakı Enerji Həftəsi əməkdaşlığın gücləndirilməsi aspektindən vacibdir"
"Bakı Enerji Həftəsi yalnız Azərbaycanın enerji potensialının təqdim edilməsi baxımından deyil, eyni zamanda bu sahədə əməkdaşlığın gücləndirilməsi aspektindən də vacibdir".
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov Enerji Həftəsi ilə bağlı fikirlərini açıqlayarkən deyib.
Onun sözlərinə görə, bu forum fərqli dövlət və hökumət rəsmilərinin bir araya gəlməsinə və qlobal enerji məsələlərinin müzakirəsinə imkan yaradır:
"Bu toplantıya dünyanın aparıcı şirkətlərinin əməkdaşları, eyni zamanda fərqli dövlət və hökumət rəsmiləri, beyin mərkəzinin əməkdaşları gəlir. Nəticə etibarilə maraqlı tərəflərin ("stakeholders") bir araya gəlməsinə və qlobal enerji məsələlərinin müzakirəsinə imkan yaranır. Bu da nəticə həm enerji sahəsində dövlət, özəl əməkdaşlığının gücləndirilməsi, yeni ideyaların müzakirə olunması və bu sahədə daha çox perspektivə hesablanan addımların atılmasına gətirib çıxarır. Bu həm də innovasiya və texnologiyanın təqdimatı baxımından da vacibdir. Çünki bu gün enerji sahəsində ən vacib məqamlardan biri innovativ dəyişikliklərdir. Bakıda keçirilən bu forum həm də yeni texnologiyanın, innovasiyanın şirkətlər tərəfindən təqdim edilməsində bu sahədə dördüncü sənaye inqilabının nəticələrinin müzakirəsinə imkan yaradır. Bu baxımdan regional və qlobal əhəmiyyət daşıyır. Bu, Azərbaycanın müvafiq sahədəki potensialı ilə yanaşı, eyni zamanda gücünü göstərən əsas faktorlardan biridir".
Almaz Qasımova
"COP29" teqi üzrə xəbərlər
- COP29 Sədrliyi bəyanat yaydı
- Ceyhun Bayramov almaniyalı həmkarı ilə görüşdü
- Berbok: "Maliyyəyə çıxış xüsusilə iqlim təsirlərindən ən çox əziyyət çəkən dövlətlər üçün lazımdır"
- Annalena Berbok: "Qadınlar masa arxasında deyillərsə, sülh sazişləri çox vaxt uzun sürmür"
- İlaira Katastini: "Azərbaycanda insanlar enerji keçidinin əhəmiyyətini dərindən dərk edirlər"