Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Bərdədə sahibkar 11 ton qarpızı satılmadığı üçün kanala boşaldıb?
Bərdə rayonunda qarpızın kanala atılması ilə bağlı paylaşılan görüntülərin təfərrüatı məlum olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan Oxu.Az-a bildirilib ki, vətəndaşın qarpızların satılmaması ilə bağlı paylaşdığı video sosial şəbəkələrdə izləyici toplamaq məqsədilə çəkilib:
"O da məlum olub ki, vətəndaş elə həmin gün 11 tondan artıq məhsulunu bazar dəyərində satıb. Kanala atılan məhsullar isə satış üçün yararlı olmayıb".
Bərdə rayonunda fermer sahədən yığdığı qarpızları su kanalına boşaldıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkələrdə paylaşılıb.
Məsələ ilə bağlı Bərdə Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq.
Qurum rəsmisi Oxu.Az-ın sorğusuna cavab olaraq, sahibkarın bu cür addım atmasına səbəb kimi məhsulun bazar qiymətinin maya dəyərindən aşağı olmasını göstərib:
"Məhsulun dəyəri bazar qiymətindən yuxarı olduğu üçün sahibkarlar məhsullarını bazara çıxara bilmirlər. Ona görə bu yolla tələf edirlər".
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan isə Oxu.Az-ın sorğusuna cavab kimi bildirilib ki, videogörüntülər Bərdə Rayon Polis Şöbəsində araşdırılır.
"Həmin şəxs müəyyən edilərək şöbəyə dəvət edilib. Onunla profilaktik iş aparılır", - deyə açıqlamada qeyd olunub.
Əzizə İsmayılova
"Sakin şikayəti" teqi üzrə xəbərlər
- Nizami rayonundakı uşaq bağçasına istilik verilməməsinin SƏBƏBİ AÇIQLANDI
- AzTU-da 3 aydır tələbə təqaüdləri verilmir? - Universitet aydınlıq gətirdi
- Elektrikdoldurma məntəqələrində PARKİNQ HAQQI tələb olunur?
- Respublika Klinik Xəstəxanası "köçdü", xəstələr Bilgəh-Bakı yolunda qaldılar?
- Bakıda səkilərdə qurulan pullu parkinqlər yeni trendə çevrilir?
Rəylər