Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Bakıda ana və qızını avtomobil vurdu: Vəziyyətləri ağırdır
Bakının Xəzər rayonunda piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Qala qəsəbəsindəki "Stansiya" adı ilə tanınan ərazidə qeydə alınıb.
Belə ki, yolu keçən ana və azyaşlı qızı minik avtomobili vurub. Ağır xəsarət alan piyadalar xəstəxanaya yerləşdiriliblər.
Hadisə ilə bağlı araşdırma aparılır.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, xəsarət alanlardan 33 yaşlı şəxs (cinsi qadın) qapalı kəllə-beyin travması, döş qəfəsinin küt travması diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.
Digər xəsarət alan doqquz yaşlı şəxs (cinsi qadın) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Respublika Neyrocərrahiyyə Xəstəxanasına hospitalizasiya olunub.
"TƏBİB" teqi üzrə xəbərlər
- Azərbaycanın Vahid Sağlamlıq üzrə Milli Strategiya planı beynəlxalq ictimaiyyətə təqdim olunub
- Azərbaycana vərəm əleyhinə yeni dərman vasitələri gətiriləcək
- Bakıda zəncirvari qəzada xəsarət alanların vəziyyəti açıqlanıb
- Müəllimin ölümünə səbəb qəbulda əsəbiləşməsi olub? - AÇIQLAMA
- Göyçayda təcili yardım maşını üç ağır xəstəni eyni vaxtda aparıb? - ŞİKAYƏT