Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Göyçayda təcili yardım maşını üç ağır xəstəni eyni vaxtda aparıb? - ŞİKAYƏT
Göyçayda fəaliyyət göstərən təcili yardım maşını ilə bağlı sosial şəbəkələrdə videogörüntü yayılıb. Videoda vətəndaş təcili yardım maşınında eyni anda üç ağır xəstənin aparılmasından gileylənib.
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanladıq.
Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, noyabrın 4-də saat 13:00-da Göyçay Rayon Mərkəzi Xəstəxanasının göndərişinə əsasən, iki pasiyentin Bakı şəhərində yerləşən tibb müəssisələrinə aparılması ilə bağlı çağırış icra olunub:
"Həmin pasiyentlərdən biri travmatoloji xəstə olduğu üçün arxa salonda xərəkdə uzanmış vəziyyətdə yerləşdirilib, digər pasiyentdə isə klaustrofobiya (qapalı məkan qorxusu) olduğuna görə avtomobilin arxa salonunda oturmaqdan imtina edib və istisna hal olaraq ön oturacaqda əyləşib.
Qeyd edək ki, bu ambulanslar bir oturaq və bir uzanıqlı pasiyentin köçürülməsi üçün komplektasiyaya malikdir.
Onu da bildiririk ki, hər iki pasiyentin həyati təhlükəsi olmayıb və yolboyu müvafiq tibbi yardım göstərilərək, göndərişlərinə uyğun Bakı şəhərindəki tibb müəssisələrinə yerləşdirilib".
Məhərrəm Əliyev
"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB)" teqi üzrə xəbərlər
- Azərbaycanın Vahid Sağlamlıq üzrə Milli Strategiya planı beynəlxalq ictimaiyyətə təqdim olunub
- Azərbaycana vərəm əleyhinə yeni dərman vasitələri gətiriləcək
- Bakıda zəncirvari qəzada xəsarət alanların vəziyyəti açıqlanıb
- Müəllimin ölümünə səbəb qəbulda əsəbiləşməsi olub? - AÇIQLAMA
- Təcili tibbi yardım maşınları COP29 zolaqlarından istifadə edə biləcək
Rəylər