Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Azərbaycan vətəndaşları daha bir ölkəyə vizasız gedə biləcəklər
Ümumvətəndaş pasportlarına malik Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları hər iki ölkəyə vizasız gedib 3 ay qala biləcəklər.
Trend-in məlumatına görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında diplomatik və xüsusi/xidməti pasportlara malik şəxslərin giriş vizasından azad edilməsi haqqında" Anlaşma Memorandumunda dəyişiklik edilməsi ilə əlaqədar notalar mübadiləsinin təsdiq edilməsi və "Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında diplomatik pasportlara malik olan şəxslərin giriş vizasından azad edilməsi haqqında" Anlaşma Memorandumunun təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında qanun layihəsində əksini tapıb.
Dəyişikliyə əsasən, Memorandumda "diplomatik" sözü "ümumvətəndaş, diplomatik və xüsusi/xidməti" sözləri ilə əvəz edilir. Yəni vizasiz giriş əvvəllər yalnız diplomatik və xüsusi/xidməti pasportlara malik şəxslərə şamil edilirdisə, dəyişiklikdən sonra ümumvətəndaş pasportlarına malik şəxslərə də şamil ediləcək.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq qəbul edilib.
Qeyd edək ki, ölkə vətəndaşları viza olmadan 60-dan çox ölkəyə gedərək orada müəyyən müddət qala bilərlər.
"Vizasız gediş-gəliş rejimi tətbiq olunan ölkələr" teqi üzrə xəbərlər
- Azərbaycan iki ölkə ilə viza tələbini aradan qaldırır
- Daha bir ölkə ilə Azərbaycan arasında VİZA rejimi ləğv edilir
- Azərbaycan vətəndaşları daha bir ölkəyə vizasız gedə bilərlər - FOTO
- Prezident TƏSDİQLƏDİ - Daha bir ölkəyə vizasız gedə biləcəyik - VİDEO
- Azərbaycan vətəndaşlarının vizasız gedə biləcəkləri ölkələrin sayı açıqlanıb
Rəylər