Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Prezident TƏSDİQLƏDİ - Daha bir ölkəyə vizasız gedə biləcəyik - VİDEO
"Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında Saziş" təsdiq edilib.
President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.
Bundan başqa, dövlət başçısı "Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə Fərman da imzalayıb.
Qeyd edək ki, hər iki saziş 2024-cü il martın 1-də Bakı şəhərində imzalanıb.
Xatırladaq ki, Azərbaycan vətəndaşları Makedoniya, Monteneqro, Bosniya və Herseqovina kimi Avropa ölkələrinə vizasız gedə bilərlər.
"Vizasız gediş-gəliş rejimi tətbiq olunan ölkələr" teqi üzrə xəbərlər
- Azərbaycan iki ölkə ilə viza tələbini aradan qaldırır
- Daha bir ölkə ilə Azərbaycan arasında VİZA rejimi ləğv edilir
- Azərbaycan vətəndaşları daha bir ölkəyə vizasız gedə bilərlər - FOTO
- Azərbaycan vətəndaşlarının vizasız gedə biləcəkləri ölkələrin sayı açıqlanıb
- Azərbaycandan BƏƏ-yə vizasız gediş-gəliş rejimi tətbiq olunur