Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
23 ilin prorektoru işdən çıxarıldı - Yerinə baş stomatoloq gətirildi
2001-ci ildən Azərbaycan Tibb Universitetinin (ATU) tədris və müalicə işləri üzrə prorektoru vəzifəsində çalışan Sabir Əliyev vəzifəsindən azad edilib.
"Qaynarinfo"nun əldə etdiyi məlumata görə, müvafiq əmrlə Nazim Adil oğlu Pənahov tədris və müalicə işləri üzrə prorektor təyin olunub.
Nazim Pənahov 7 noyabr 2016-cı il tarixindən ATU-nun elmi katibi vəzifəsində çalışıb. O, həmçinin səhiyyə nazirinin 11 mart 2019-cu il tarixli əmri ilə nazirliyin baş stomatoloqu vəzifəsini tutur.
Qeyd edək ki, bir neçə gün əvvəl ATU-nun elmi işlər üzrə prorektoru Rauf Oruc oğlu Bəylərov da vəzifəsindən azad edilib və yerinə Məlahət Cahangir qızı Sultanova təyin olunub.
İşdən çıxarılan prorektorlar ATU-da kafedra müdiri olaraq fəaliyyətlərini davam etdirirlər.
Fotoda Sabir Əliyev
Fotoda Nazim Pənahov
Rəylər