Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Rusiyada qeyri-qanuni miqrantların reyestri yaradılır: Əcnəbiləri nə gözləyir?
Rusiya Daxili İşlər Nazirliyi ölkə ərazisində qanunsuz olan əcnəbi vətəndaşların xüsusi reyestrinin yaradılmasına başlayıb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Kommersant" nəşrinə müsahibəsində Rusiya DİN-in birinci müavini Aleksandr Qorovoy məlumat verib.
General-polkovnik vurğulayıb ki, reyestrə daxil edildikdən sonra qeyri-qanuni miqrantlar ciddi məhdudiyyətlərlə üzləşəcəklər.
"Onlar nəqliyyat vasitələrini idarə edə, bank xidmətlərindən istifadə edə, əmlak qeydiyyatından keçə, nikah bağlaya və poza, uşaqları uşaq bağçalarına və məktəblərə qeydiyyatdan keçirə bilməyəcəklər", - deyə Qorovoy bildirib.
Layihənin səmərəli həyata keçirilməsi üçün DİN yuxarıdakı xidmətləri göstərən təşkilatlarla idarələrarası elektron qarşılıqlı əlaqə qurmağı planlaşdırır.
Nazirlik, həmçinin Rəqəmsal İnkişaf Nazirliyi və daxili işlər orqanlarının texniki xidmətlərinin köməyinə ümid edir.
Mövzuya aid xəbərlər
- Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Miqrantların taksi sürmə qadağası başlayıb
- Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Miqrantlarla bağlı qanun qəbul olundu
- Rusiyadakı azərbaycanlıların NƏZƏRİNƏ: Miqrantlarla bağlı yeni qərar gəlir
- Rusiyaya işləmək üçün gedən azərbaycanlıların nəzərinə: Barmaq izi olmasa, telefon işlədə bilməyəcəklər
- Rusiyaya gedən azərbaycanlıların nəzərinə: Sənəd imzalayaraq öhdəlik götürəcəklər
Rəylər