Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
CANSO tədbiri çərçivəsində Xəzər dənizinə beş min nərə balığı körpəsi buraxılıb
Ümumdünya Aeronaviqasiya Sammiti və CANSO-nun 28-ci İllik Ümumi İclası çərçivəsində beş min nərə balığı körpəsinin təbii yaşayış mühitinə buraxılması mərasimi keçirilib. Neftçalada baş tutan bu təşəbbüs Xəzər hövzəsində nəsli kəsilməkdə olan nərə balığı populyasiyasının bərpası məqsədilə həyata keçirilib.
Bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat Xidməti məlumat yayıb.
Qeyd olunub ki, tədbirdə AZAL, AZANS və CANSO-nun nümayəndələri, həmçinin sammit iştirakçılarının ailə üzvləri iştirak ediblər. Qurumların birgə səyləri Xəzər dənizinin ekosisteminə uzunmüddətli müsbət təsir göstərməyə yönəlib. Eləcə də, bu təşəbbüs onların yeni əməkdaşlığını, ətraf mühitə qayğısını və biomüxtəlifliyin qorunmasına sadiqliyini nümayiş etdirir.
Nərə balığı Xəzər dənizinin ekosistemində özünəməxsus yer tutur. O, həm də dünyanın ən çox sevilən təamlarından biri olan kürünün mənbəyidir.
Qeyd edək ki, Bakıda iyunun 11-dən 13-nə kimi Ümumdünya Aeronaviqasiya Sammiti və CANSO-nun 28-ci İllik Ümumi İclası keçirilib. Tədbirdə 80-dən çox ölkədən 300-ə yaxın mülki aviasiya üzrə rəhbər şəxs iştirak edib.
Ekoloji dayanıqlılıq məsələlərinə yönəlmiş tədbir mühüm qərarlar qəbul etmək, bilik mübadiləsi və məhsuldar dialoqlar aparmaq üçün hava hərəkəti idarə edilməsi sahəsinin dünya liderlərinin diqqətini cəlb etmək məqsədi daşıyıb.
"AZANS" teqi üzrə xəbərlər
- "Silk Way Alat Free Economic Zone" şirkəti və "Modern Construction Group" əlamətdar saziş imzalayıb
- Səmanın "dirijorları": "Azərbaycanın hava məkanında radardan itmək mümkün deyil"
- "Azerbaijan Fish Farm" və AZANS-ın əməkdaşlığı çərçivəsində 5 min nərə balığı Xəzərə buraxılıb
- AZANS, "Aireon" və "Metron Aviation" mülki aviasiya sahəsində tərəfdaşlıq haqqında razılıq əldə edib
- "Azərbaycan Hava Yolları" QSC "CANSO GreenATM" ekoloji akkreditasiya proqramına qoşulacaq