Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Paytaxtda tiktoker qızdan ŞOK ƏMƏL: Kişini tapıb ayağını öpdürdü
Azərbaycanda daha bir tiktoker qiyabi həbs edilib.
Lent.az-ın əldə etdiyi məlumata görə, bu barədə Nərimanov Rayon Məhkəməsi qərar çıxarıb.
Belə ki, tiktoker Duana Quliyeva canlı yayımda olarkən bir nəfər onu söyüb. Duana onu adından tanıyıb və əvvəllər evində işləyən usta olduğunu bilib. Bu barədə o, ustanı ona tanıdan şəxsə məlumat verib. Həmin şəxs digər iki qohumu ilə birgə ustanı taparaq, Nərimanov rayonunda binalardan birinin arxasında Duana ilə görüşdürüblər. Burada usta Duanadan üzr istəyib və onun ayaqqabısından öpməyə məcbur edilib.
Hadisədən sonra usta polisə şikayət edib.
Nəticədə, Duananın barəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.
Nərimanov Rayon Məhkəməsi Duana və digər iki nəfər barəsində ev dustaqlığı qətimkan tədbiri seçib.
"Azərbaycan Respublikasının Cinayət Məcəlləsi" teqi üzrə xəbərlər
- 31 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açıldı
- Yeni il gecəsi iş yerində iki nəfəri qətlə yetirən şəxs 20 il müddətinə məhkum olundu
- Xəzər dənizində üzərək Azərbaycana qanunsuz yolla keçən əcnəbiyə hökm oxundu
- 15 yaşlı övladını əxlaqsızlığa cəlb edən şəxsi döyən ana və qızı HƏBS OLUNDULAR
- Avtоmоbilini keyfiyyətsiz təmir edən ustanı döyən şəxsin cəzası azaldıldı
Rəylər