Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Azərbaycanda avqust ayında sutkalıq kirayənin orta qiyməti açıqlandı
Bu ilin avqust ayında Azərbaycanda 3, 4 və 5 ulduzlu mənzillərdə booking.com platforması üzərindən onlayn bronlaşdırma sistemi ilə sutkalıq kirayə qiymətləri müvafiq olaraq 108,1 manat, 216,7 manat və 442,2 manat təşkil edib.
"Report" bu barədə Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir.
Bu ay 3 ulduzlu mənzillərdə ən yüksək qiymət Bakı şəhərində qeydə alınıb. Paytaxtda 3 ulduzlu mənzillərdə orta qiymət 121,5 manat, 4 və 5 ulduzlu mənzillərdə isə müvafiq olaraq 338 manat və 533,2 manat olub.
Avqustda 4 ulduzlu mənzillərdə ən yüksək qiymət 320 manat olmaqla Lerik şəhərində qeydə alınıb.
Bu ay 5 ulduzlu mənzillərdə isə ən yüksək qiymət 1 215 manat olmaqla Naftalanda qeydə alınıb.
Hesabatda ötən ilin avqust ayı üçün məlumatlar göstərilməyib.
"turizm" teqi üzrə xəbərlər
- Masaru Takayama: "İqlim dəyişikliyi ilə mübarizədə ekoturizmin fəaliyyətini gücləndirmək lazımdır"
- Bələdçilərin "növbəti səfərinizə saxlamayın" dediyi kənddən REPORTAJ
- "The Telegraph": "Bakı gözlədiyinizdən daha çoxunu təklif edir"
- Bayram tətili günlərində bölgələrdə qiymətlər hansı aralıqdadır?
- Xarici turistlər niyə rayonlara az gedirlər?
Rəylər