Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Zəngəzur dəhlizi istiqamətində nəqliyyat qovşaqları konsepsiyaları hazırlanır
"Zəngəzur dəhlizi istiqamətində nəqliyyat qovşaqlarının tikilməsi üçün müəyyən konsepsiyalar hazırlanır".
Bunu Trend-ə müsahibəsində Naxçıvan Muxtar Respublikasınının rəqəmsal inkişaf və nəqliyyat nazirinin səlahiyyətlərini müvəqqəti icra edən, nazir müavini Rahid Ələkbərov deyib.
"Zəngəzur dəhlizi ilə bağlı dövlətimiz tərəfindən aparılan siyasət var. Bu istiqamətdə bir çox konsepsiyalar hazırlanıb. Bu konsepsiyalar çərçivəsində Zəngəzur dəhlizi boyunca tranzit infrastrukturunun, potensialının inkişaf etdirilməsi, qurulması, genişləndirilməsi üçün transformasiyaya ehtiyac var. Biz əvvəlki şəraiti saxlaya bilmərik. Çünki Zəngəzur dəhlizi açılanda daha çox yük daşınacaq. Bu istiqamətdə dəhlizin hər iki tərəfində nəqliyyat qovşaqlarının tikilməsi istiqamətində müəyyən konsepsiyalar hazırlanır.
Naxçıvan üzərindən yüklərin daşınması, daşımaçılıq istiqamətində olan xidmətlər, sürücülər üçün yollarda şəraitin yaxşılaşdırılması elə aparılmalıdır ki, əhalinin rahatlığı pozulmadan tranzit infrastrukturu qurulsun.
Naxçıvanda kənd təsərrüfatı və sənaye üçün yararsız olan torpaqlardan keçərək tranzit infrastrukturunun qurulması nəzərdə tutulur. Naxçıvan Muxtar Respublikasının coğrafi mövqeyi elədir ki, qonşu ölkələrdən girişlər və çıxışlar var. Bu yerlərdə logistika xidmətlərinin göstərilməsi üçün infrastrukturun qurulması istiqamətində konsepsiyalar gündəmdə ola bilər", - deyə o qeyd edib.
"Zəngəzur dəhlizi" teqi üzrə xəbərlər
- Türk dövlətlərinin birlik nümayişi: Azərbaycan və Türkiyə TDT-nin aparıcı qüvvəsidir
- Oyundankənar Makron
- Hərbçilərimizi Şuşaya aparan cığır üzərində qurulan, qələbəmizin simvollarından biri olan ZƏFƏR YOLU
- İranda anti-Azərbaycan tədbiri
- Xronika: "10 noyabr razılaşması bir yox, iki dəhlizin verilməsini tələb edir"