Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Səfir: “Region ölkələrinin dəstəyi Bakı ilə İrəvan arasında sülhə töhfə verəcək”
“Qonşu ölkələr Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasının sürətləndirilməsinə yardım göstərə bilər, ilk növbədə, söhbət Gürcüstandan gedir”.
Bunu “Report”a açıqlamasında Finlandiyanın Azərbaycanda, eyni zamanda Cənubi Qafqazın digər ölkələrindəki səfiri Kirsti Narinen deyib.
“Ümid edirəm ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh sazişinin imzalanması üzrə aparılan danışıqlarla tezliklə nəzərəçarpacaq nəticələrə və regionda davamlı sülhə nail oluna bilər”, - o vurğulayıb.
Onun sözlərinə görə, münasibətlərin normallaşması üçün regional yanaşma lazımdır və bu mənada Gürcüstan böyük rol oynaya bilər:
“Hazırda bu mənada “vasitəçilik” sözünün o qədər də uyğun olmadığını düşünürəm. “Dəstək” sözünü işlətmək daha yaxşı olardı”.
"Finlandiya" teqi üzrə xəbərlər
- Dünyanın ilk uçan saunası Finlandiyada yaradıldı
- Finlandiya səfiri Rusiya XİN-ə çağırıldı
- Finlandiya və İsveç müharibəyə hazırlaşır: Təlimatlar dərc olunacaq
- Finlandiya Si Cinpinin bağışladığı hədiyyələri Çinə qaytarmağa qərar verdi
- ABŞ-nin Finlandiyadakı səfiri Kamala Harrisə görə vəzifəsini tərk etdi