Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Finlandiya səfiri Rusiya XİN-ə çağırıldı
Finlandiya səfiri Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Qeyd olunur ki, oktyabrın 30-da Finlandiyanın Rusiyadakı səfiri Marya Liyvala Helsinkinin Rusiyaya məxsus 45 daşınmaz əmlakı müsadirə edən Finlandiya Məhkəmə İcraçıları Xidmətinin hərəkətlərinə sərt etiraz bildirmək üçün Rusiya XİN-ə çağırılıb.
Rusiya tərəfi Finlandiyadan 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının müddəalarını kobud şəkildə pozan bu qeyri-qanuni qərara tez bir zamanda yenidən baxılmasını tələb edib.
Səfirə bildirilib ki, əks halda, Finlandiya hakimiyyətinin bu cür hərəkətlərinin nəticələrinə görə məsuliyyət Helsinkinin üzərinə düşəcək. Lazım gəldikdə, Rusiya tərəfinin cavab tədbirləri görəcəyi qeyd olunub.
"Rusiya XİN" teqi üzrə xəbərlər
- Rusiya XİN COP29 konfransının Bakıda keçirilməsini alqışlayıb
- Lavrov: "Qərbdən fərqli olaraq, Rusiya Bakı və İrəvanı tələsik sülh sazişinə sövq etmir"
- Rusiya XİN: "Əsas vəzifə həm Bakı, həm də İrəvanı qane edəcək həllər tapmaqdır"
- Mariya Zaxarova: "Qərb Cənubi Qafqazdakı proseslərə təsirini saxlamağa çalışır"
- Hakan Fidan: "Azərbaycanla bəzi məsələlərdə bir dövlət kimi çıxış edirik"
Rəylər