Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
ABŞ-nin Finlandiyadakı səfiri Kamala Harrisə görə vəzifəsini tərk etdi
Birləşmiş Ştatların Finlandiyadakı səfiri Duqlas Hiki öz vəzifəsini vaxtından əvvəl tərk edir. O, Demokrat Partiyasından ölkənin ən yüksək dövlət vəzifəsinə namizəd olan vitse-prezident Kamala Harrisin kampaniyasının məsləhətçisi olacaq.
Oxu.Az-ın məlumatına görə, bu barədə Hiki "Helsingin Sanomat" qəzetinə müsahibəsində xəbər verib.
"Mən indi getmək istədim, çünki vitse-prezident Harrisin seçki kampaniyasına qoşuluram. Harrisi və ailəsini uzun müddətdir tanıyıram, onun qaynı mənim ən yaxın dostlarımdan biridir. Kampaniyanın son yeddi həftəsində onun seçilməsi üçün əlimdən gələni etmək istəyirəm", - deyə Hiki bildirib.
Qeyd edilir ki, Harrisin komandasında o, kampaniya zamanı yaranan suallara cavab hazırlayacaq sürətli reaksiya qrupunun tərkibində siyasi məsələlər üzrə məsləhətçi olacaq.
Hiki bu həftə Finlandiyanı tərk edəcək, onu müvəqqəti işlər vəkili əvəz edəcək.
O da vurğulanır ki, Hiki 2022-ci ilin aprel ayından ABŞ-nin Finlandiyadakı səfiri kimi and içib.
Rəylər