Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Sahibə Qafarova Tereza Mey ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının 76-cı baş naziri, Lordlar Palatasının üzvü, Baronessa Tereza Mey ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a verilən məlumata görə, Tereza Mey belə vacib qlobal tədbirə ev sahibliyi etdiyi üçün Azərbaycanı təbrik edərək, bildirib ki, 70 mindən çox adamın iştirak etdiyi COP29 bütün dünyanın diqqətindədir.
Qonaq xatırladıb ki, əvvəlki dövrlərdə Qlazqo şəhəri də COP tədbirinə ev sahibliyi etdiyi üçün onlar bu tədbirin təşkilinin nə dərəcədə böyük məsuliyyət olduğunu yaxşı anlayırlar. Baronessa Azərbaycanın COP29-u yüksək səviyyədə təşkil etdiyini bir daha vurğulayıb.
Sahibə Qafarova iqlim dəyişikliyinin təsirlərinə məruz qalan bir ölkə kimi Azərbaycanın hələ COP29 sədrliyindən əvvəl ətraf mühitin qorunması, o cümlədən, bərpaolunan enerji mənbələrindən istifadə məsələlərinə hər zaman böyük diqqət göstərdiyini söyləyib. O, qonağa, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yaşıl enerji layihələri barədə də danışıb.
Vurğulanıb ki, iqlim dəyişikliyi zəmanənin ən aktual problemidir və təxirə salınmadan müvafiq addımların atılmasını tələb edir. Milli Məclisin sədri bu kimi vacib məsələlərin müzakirə olunduğu tədbirin siyasiləşdirilməsinin yolverilməz olduğunu deyib. O, təəssüflə qeyd edib ki, tədbirdən əvvəl bəzi dövlətlər tərəfindən Azərbaycana qarşı siyasi hücumlar və təzyiq cəhdləri olub. Spiker bunu ölkənin öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsinə qarşı qısqanc münasibətlə əlaqələndirib.
Söhbət zamanı, iqlim dəyişikliyi problemlərinə qarşı mübarizədə parlamentlərin vacib rolu da qeyd edilib. Bu mənada noyabrın 16-17-də COP29 çərçivəsində Milli Məclis və Parlamentlərarası İttifaqın birgə təşkilatçılığı ilə keçiriləcək Parlament Görüşünün də əhəmiyyəti diqqətə çatdırılıb.
"Sahibə Qafarova" teqi üzrə xəbərlər
- Parlamentdə ucuz şou: Deputatların "odlu-alovlu" populizmi
- Spiker Sahibə Qafarova deputatlara irad bildirib
- Növbəti il dövlət büdcəsinin prioritetləri AÇIQLANDI
- Sahibə Qafarova: "COP29-un iqlim dəyişmələri probleminə verdiyi töhfələr hələ çox danışılacaq"
- Əli Əsədov Milli Məclisə gəldi: 2025-ci ilin büdcəsi müzakirə olunacaq