Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Rusiya Azərbaycan və Ermənistan parlament sədrləri üçün platforma təqdim etməyə hazırdır
"Biz Ermənistan və Azərbaycan arasında həll edilməli olan problemlərin Rusiyanın dəstəyi ilə öz həllini tapmasında maraqlıyıq".
Oxu.Az Sputnik-ə istinadən xəbər verir ki, bunu Rusiya Federal Məclisinin Federasiya Şurasının sədr müavini Yuri Vorobyov İrəvanda "Zvartnots" hava limanında jurnalistlərlə söhbətində bildirib.
O bəyan edib ki, rəsmi Moskva Azərbaycan və Ermənistan parlamentlərinin spikerləri arasında danışıqlar üçün platforma təqdim etməyə hazırdır.
"Rusiya həmişə dəstək verməyə, Azərbaycan və Ermənistan parlament sədrləri arasında danışıqlar üçün platforma təqdim etməyə hazırdır", - deyə Vorobyov qeyd edib.
"Azərbaycan və Ermənistan" teqi üzrə xəbərlər
- Ermənistan regional kommunikasiyaların açılması ilə bağlı Azərbaycana təklif göndərib
- Zaxarova: "Qərbin təzyiqi ilə İrəvan bütün üçtərəfli formatlarda iştirakını dayandırıb"
- Ermənistan: Sülh pərdəsi altında hərbiləşmə
- BRICS Azərbaycana nə verə bilər?
- Avropa İttifaqının Azərbaycanla sərhəddə yerləşdirilmiş "müşahidəçi"ləri yenidən aktivləşiblər