Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Zaxarova: "Qərbin təzyiqi ilə İrəvan bütün üçtərəfli formatlarda iştirakını dayandırıb"
"2023-cü ilin iyununda Ermənistan, Azərbaycan və Rusiya regionda nəqliyyat marşrutlarını bərpa etməyə yaxın idi, lakin Qərbin təzyiqi ilə İrəvan işçi qruplarında və bütün üçtərəfli formatlarda iştirakını dayandırdı".
Oxu.Az-ın "Caliber"ə istinadən verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
O qeyd edib ki, noyabrın 10-da imzalanmış razılaşma əsasında üçtərəfli sazişlərin əhatəli sistemi qurulub. Bu sistemə sülh müqaviləsinin hazırlanması, nəqliyyat blokadalarının aradan qaldırılması, sərhədin delimitasiyası və demarkasiyası, habelə ölkələrin vətəndaş cəmiyyətləri arasında əlaqələrin inkişafı daxildir.
"Bu əsasda biz bir çox məsələlərdə real, mənalı nəticələr əldə edə bildik" ,- deyə Zaxarova vurğulayıb.
Lakin onun sözlərinə görə, ABŞ və Aİ vasitəçi qismində yeni heç nə təklif etməyib, yalnız Rusiyanın təkliflərini təhrif edərək təkrarlayıb.
Zaxarova əlavə edib ki, əslində Qərb regionda təsirini artırmaq, Rusiyanı, İranı və Türkiyəni sıxışdırıb çıxarmaq üçün sülh prosesinə nəzarət etməyə çalışır.
"ABŞ və Aİ-ni Cənubi Qafqazın taleyi maraqlandırmır, onları yalnız öz ambisiyaları düşündürür. Biz qərblilərdən fərqli olaraq təhlükəsiz, sabit, firavan bir Cənubi Qafqazda maraqlıyıq. Biz oradayıq, bizim tarixi, iqtisadi, humanitar və maliyyə maraqlarımız var" ,- Zaxarova bildirib.
"Mariya Zaxarova" teqi üzrə xəbərlər
- Zaxarovaya brifinq zamanı sirli zəng: Xəbərdarlıq aldı
- Mariya Zaxarova: "NATO qüvvələrinin Ukraynada peyda olması bütün dünya üçün fəlakətlə nəticələnəcək"
- Zaxarova: "Moskva COP29-un Bakıda mükəmməl təşkilini yüksək qiymətləndirir"
- Rusiya XİN COP29 konfransının Bakıda keçirilməsini alqışlayıb
- Zaxarova ATƏT-in Minsk Qrupu barədə: "Biz özümüz də narazıyıq"