Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Avropa İttifaqının Azərbaycanla sərhəddə yerləşdirilmiş "müşahidəçi"ləri yenidən aktivləşiblər
Avropa İttifaqının Azərbaycanla sərhəddə yerləşdirilmiş "müşahidəçi"ləri yenidən aktivləşiblər.
Bununla bağlı "Trend"ə yeni görüntülər daxil olub.
Bu gün növbəti missiyanın Fərəhli kəndi istiqamətində göründüyünə dair xəbər yayılıb. Günorta saatlarında isə "müşahidəçi"lər Zəngilan istiqamətində peyda olublar.
Məlum olub ki, saat 13 radələrində Azərbaycan sərhədinin bir neçə kilometrliyində yerləşən Ermənistan ordusunun postuna Avropa İttifaqına məxsus üç ədəd "Toyota" markalı avtomobil yaxınlaşıb. Avtomobillərdə olan Aİ "müşahidəçi"lərinin postdakı silahsız erməni hərbçisinin müşayiəti ilə Azərbaycan ərazilərini müşahidə etməsi qeydə alınıb.
Qeyd edək ki, oktyabrın əvvəlində mətbuatda kəşfiyyat materialları toplayan Aİ missiyasının Gorus rayonu ərazisindən Laçın yolu istiqamətindəki Azərbaycan ərazilərini izlədiyinə dair foto və video yayılmışdı.
"Avropa İttifaqı (Aİ)" teqi üzrə xəbərlər
- Borrel Qərbin Ukraynaya Rusiyanın dərinliklərinə zərbələr endirməyə gizli icazəsindən danışdı
- Azərbaycan Macarıstanın Avropa İttifaqına sədrliyini alqışlayır
- COP29 çərçivəsində 300-500 milyard dollarlıq yeni maliyyə hədəfi ətrafında danışıqlar gedir
- Makron və Borrelin siyasi iflası: Parisin boykot olunan COP29 çağırışı
- Şarl Mişel: "Ümid edirəm ki, COP29 etimad və sözlərdən əmələ keçid konfransı olacaq"