Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Qaluzin: "Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası regional təhlükəsizliyə töhfə verəcək"
"Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası və demarkasiyası həm iki ölkə arasında münasibətlərə, həm də regional təhlükəsizlik və sabitliyə töhfə verəcək".
"Report" xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Azərbaycanın Müstəqillik Günü münasibətilə Moskvada keçirilən təntənəli qəbulda jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, sərhədlərin delimitasiyası və demarkasiyası Rusiya, Azərbaycan və Ermənistan liderlərinin əldə etdiyi üçtərəfli razılaşmaların əsas istiqamətlərindən biridir.
M.Qaluzin həmçinin vurğulayıb ki, Azərbaycan beynəlxalq münasibətlərin fəal iştirakçısıdır, Cənubi Qafqaz regionunda və beynəlxalq aləmdə nüfuza malikdir.
"Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında əldə olunan razılaşmalar əsasında əməkdaşlığımız bütün sahələrdə inkişaf edir. Çoxşaxəli ticarət-iqtisadi, mədəni-humanitar əlaqələrimiz mövcuddur", - deyə nazir müavini əlavə edib.
"Mixail Qaluzin" teqi üzrə xəbərlər
- Rusiya XİN: "Cənubi Qafqazda təxribatların qarşısının alınması vacibdir"
- Qaluzin: "Ermənistanda Aİ missiyasının genişləndirilməsi NATO-nun Qafqaza nüfuz etməsi deməkdir"
- Moskvanın Ukrayna ilə bağlı sammitə dəvət məsələsinə Rusiya XİN-dən cavab
- Qaluzin: "Ermənistan MN və XİN xətti üzrə Rusiya ilə təmaslardan yayınmağa başlayıb"
- Rusiya XİN: "Aİ-nin Ermənistandakı missiyası Moskva, Tehran və Bakıya qarşı casusluq edir"