Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Qaluzin: "Ermənistanda Aİ missiyasının genişləndirilməsi NATO-nun Qafqaza nüfuz etməsi deməkdir"
"Kanada nümayəndələrinin Aİ-nin Ermənistandakı missiyasında görünməsi de-fakto NATO-nun Cənubi Qafqaza sürünərək nüfuz etməsi deməkdir".
Oxu.Az-ın məlumatına görə, bunu Rusiya XİN rəhbərinin müavini Mixail Qaluzin "RİA Novosti"yə bildirib.
O qeyd edib ki, Moskvanı bu nümayəndəliyin daimi xarakter ala bilməsi faktı da narahat edir.
"Bizi narahat edən odur ki, İrəvanın razılığı ilə missiya nəinki genişlənir, həm də müvəqqətidən daimiyə çevrilmək təhlükəsi yaradır", - deyə Mixail Qaluzin vurğulayıb.
Yüksəksəviyyəli diplomatın sözlərinə görə, Moskvanın şübhələnməyə əsası var ki, Ermənistanda Aİ nümayəndələri təkcə Rusiya obyektləri barədə deyil, respublika ilə qonşu olan bütün dövlətlər haqqında kəşfiyyat məlumatları toplayırlar.
Rəylər