Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Rusiya XİN: "Aİ-nin Ermənistandakı missiyası Moskva, Tehran və Bakıya qarşı casusluq edir"
Avropa İttifaqının (Aİ) Ermənistandakı monitorinq missiyası Rusiya, İran və Azərbaycana qarşı kəşfiyyat məlumatları toplayır.
Bunu TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
"Əgər 2022-ci ildə İrəvan KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) vasitəsilə Azərbaycanla sərhəddə vəziyyəti sabitləşdirmək üçün tədbirlər kompleksinin həyata keçirilməsi təklifinə razılıq versəydi, Ermənistanın bu gün üzləşdiyi risklərin bir çoxu azaldıla bilərdi. Təəssüf ki, Ermənistan rəhbərliyi heç də dövlət sərhədlərini qorumayan, "monitorinq" adı altında Azərbaycan, İran və Rusiyaya qarşı kəşfiyyat məlumatlarının toplanması ilə məşğul olan Aİ missiyasını dəvət etməyi üstün tutdu", - deyə o qeyd edib.
"Mixail Qaluzin" teqi üzrə xəbərlər
- Rusiya XİN: "Cənubi Qafqazda təxribatların qarşısının alınması vacibdir"
- Qaluzin: "Ermənistanda Aİ missiyasının genişləndirilməsi NATO-nun Qafqaza nüfuz etməsi deməkdir"
- Moskvanın Ukrayna ilə bağlı sammitə dəvət məsələsinə Rusiya XİN-dən cavab
- Qaluzin: "Ermənistan MN və XİN xətti üzrə Rusiya ilə təmaslardan yayınmağa başlayıb"
- Mixail Qaluzin Azərbaycanın səfiri ilə müttəfiqlik bəyannaməsinin həyata keçirilməsini müzakirə etdi