Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Prezident: "Kiçik ada dövlətlərinin səslərinin aydın eşidilməsi üçün əlimizdən gələni edəcəyik"
"İnkişaf etməkdə olan kiçik ada dövlətləri iqlim dəyişikliyinin təsirlərinə daha həssasdır".
AZƏRTAC xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Kiçik Adalar üzrə İnkişaf etməkdə olan Dövlətlərin "Dayanıqlı inkişaf üçün istiqamətin müəyyən olunması" mövzusunda Antiqua və Barbudada keçirilən 4-cü Beynəlxalq Konfransının iştirakçılarına müraciətində yer alıb.
İqlim dəyişikliyinin həmin dövlətlərin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində irəliləyişinə də mane olduğun vurğulayan dövlətimizin başçısı qeyd edib:
"COP29-a sədrliyimiz zamanı iqlim dəyişikliyinin İnkişaf etməkdə olan kiçik ada dövlətləri üçün yaratdığı problemlərin həlli prioritetlərimiz arasında olacaq. Biz Bakıda keçiriləcək COP zamanı İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin Zirvə toplantısını keçirməyi planlaşdırırıq. İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin səslərinin yüksək və aydın eşidilməsini təmin etmək üçün əlimizdən gələni edəcəyik".
"COP29" teqi üzrə xəbərlər
- COP29 Əməliyyat Şirkəti bəyanat yaydı
- Ceyhun Bayramov almaniyalı həmkarı ilə görüşdü
- Berbok: "Maliyyəyə çıxış xüsusilə iqlim təsirlərindən ən çox əziyyət çəkən dövlətlər üçün lazımdır"
- Annalena Berbok: "Qadınlar masa arxasında deyillərsə, sülh sazişləri çox vaxt uzun sürmür"
- İlaira Katastini: "Azərbaycanda insanlar enerji keçidinin əhəmiyyətini dərindən dərk edirlər"