Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Gürcüstan Azərbaycan nümayəndə heyətinin AŞPA-ya qayıtmasının tərəfdarıdır
Gürcüstan nümayəndə heyəti Azərbaycanla bağlı hazırkı müzakirənin Azərbaycan nümayəndə heyətinin iştirakı olmadan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) gündəliyinə salınmasına etiraz edib.
Oxu.Az "Sputnik"ə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın təşkilatdakı nümayəndə heyətinin rəhbəri Givi Mikanadze bildirib.
"Bu yaxınlarda Azərbaycanda parlament seçkiləri keçirilib və bu, vacibdir", - Mikanadze qeyd edib.
O vurğulayıb ki, Gürcüstan nümayəndə heyəti Avropa Şurasının müxtəlif qurumlarının nümayəndələri ilə görüşlərdə Azərbaycan nümayəndə heyətinin geri qayıtması məsələsini aktuallaşdırır. Yaxın vaxtlarda Azərbaycan parlamentinə yeni seçilən deputatlarla danışıqlara başlamaq lazımdır.
Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması məsələsinə toxunan Mikanadze qeyd edib ki, Gürcüstan bunun üçün əlindən gələni edir.
"Bu saziş təkcə Azərbaycan və Ermənistan üçün deyil, həm də bütün Cənubi Qafqaz üçün vacibdir, sülh mühitinin formalaşması və sazişin tezliklə imzalanması bütün ölkələr və bütövlükdə region üçün səmərəli təminatlar yaradacaq", - deyə Mikanadze bəyan edib.
Onun sözlərinə görə, Gürcüstan sülh sazişinə gətirib çıxara biləcək istənilən prosesdə vasitəçi kimi çıxış etməyə hazırdır.
"Biz tezliklə sülh sazişinin imzalanmasını səbirsizliklə gözləyirik" - deyə Mikanadze vurğulayıb.
"Avropa Şurası Parlament Assambleyası (AŞPA)" teqi üzrə xəbərlər
- Milli Məclis Lüksemburq Nümayəndələr Palatasından aqressiv ritorikanı kənara qoymağı TƏLƏB ETDİ
- Parisin Bakıya "cırtdanlar"la hücumu - "Saman çöpündən yapışan" Makron
- Azərbaycan COP29-da Fransanın neokolonializm siyasətini İFŞA EDİR
- İlin ən əhəmiyyətli tədbiri - "Bakının düşmənləri reallığı dəyişə bilməyəcəklər"
- Milli Məclisdə AŞPA nümayəndə heyəti YARADILMADI