Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Milli Məclisdə AŞPA nümayəndə heyəti YARADILMADI
VII çağırış Milli Məclisin bir sıra beynəlxalq təşkilatlardakı nümayəndə heyətləri formalaşıb.
Modern.az-ın əldə etdiyi məlumata görə, Azərbaycanın Avropa Şurası Parlament Assambaleyasında (AŞPA) nümayəndə heyəti formalaşdırılmayıb.
Xatırladaq ki, bu ilin yanvarında Azərbaycan nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib, nümayəndə heyəti bununla bağlı bəyanat verib.
Bu qərar AŞPA-da Azərbaycan nümayəndə heyəti üzvlərinin etimadnamələrinin qəbul edilməməsi barədə avropalı deputatların çağırışlarından sonra verilib.
Nümayəndə heyətinin rəhbəri Səməd Seyidov idi.
"Milli Məclis" teqi üzrə xəbərlər
- Nazir inflyasiya faizini açıqladı
- Mikayıl Cabbarov: "Azərbaycan dünyanın davamlı enerji təminatında etibarlı tərəfdaşa çevrilib"
- Növbəti il dövlət büdcəsinin prioritetləri AÇIQLANDI
- Sahibə Qafarova: "COP29-un iqlim dəyişmələri probleminə verdiyi töhfələr hələ çox danışılacaq"
- Əli Əsədov Milli Məclisə gəldi: 2025-ci ilin büdcəsi müzakirə olunacaq