Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Əziz Ələkbərli: "Qərbi Azərbaycandakı maddi-mədəni irsimiz kütləvi şəkildə dağıdılıb"
"Həmvətənlərimizin qovulmasından sonra Qərbi Azərbaycandakı maddi-mədəni irsimiz kütləvi şəkildə dağıdılıb".
Oxu.Az xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş beynəlxalq tədbirində İcmanın sədri Əziz Ələkbərli deyib.
O qeyd edib ki, Ermənistan hökuməti orada qismən salamat qalmış Azərbaycan abidələrini, o cümlədən, İrəvan şəhərində vaxtilə azərbaycanlıların yaşadığı, qədim arxitektura nümunələrinin olduğu Təpəbaşı məhəlləsini dağıtmaqdadır.
"Biz UNESCO-nu və beynəlxalq ictimaiyyəti bu məsələyə diqqət yetirməyə çağırırıq. Deportasiya həm də qeyri-maddi mədəni irsimizə, o cümlədən, UNESCO tərəfindən bəşəriyyətin mədəni irsi kimi tanınmış Azərbaycan aşıq sənətinin mühüm mərkəzlərindən biri olan Göyçə Aşıq Məktəbinə böyük ziyan vurub. Bunlara baxmayaraq, həmvətənlərimiz mədəni dəyərlərinə bağlılıqları və mətanətləri ilə öz qeyri-maddi mədəni irsini yaşadırlar"- deyə Ə.Ələkbərli deyib.
Qeyd edək ki, tədbirdə "Qərbi Azərbaycan" televiziya kanalının İcma haqqında hazırladığı sənədli film nümayiş etdirilib.Əzizə İsmayılova
"Qərbi Azərbaycan İcması" teqi üzrə xəbərlər
- İcma Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsini sərt şəkildə qınayıb
- Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə Varşava İqtisadiyyat Universitetində sərgi keçirilib
- İcma: "Amnesty International" və "Human Rights Watch" bir mərkəz tərəfindən idarə olunur"
- İcma: "Fransanın dayaz və bəsit cəhdlərə əl atması onun mövqeyinin nə qədər zəif olduğunu göstərir"
- "Ermənistandan Qərbi azərbaycanlıların qayıdış hüququna hörmət etməyi tələb edirik" - BƏYANAT