Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Deputat: "Ermənilər təxribatlara davam etsələr, layiqli cavablarını alacaqlar"
"Azərbaycan uzun illər erməni işğalından əziyyət çəkib. Mənfur düşmən hər cür məkrli və hiyləgər plandan istifadə edərək, eləcə də havadarlarının dəstəyi ilə Azərbaycanın yalnız ərazilərini işğal etməklə kifayətlənməyib, maddi-mənəvi sərvətlərini də darmadağın edilib, vətəndaşlarımız soyqırımına məruz qalıb".
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Elşad Musayev deyib.
O, erməni vəhşiliyinin daha bir nümunəsi kimi, mənfur düşmənin İkinci Qarabağ müharibəsində döyüşləri cəbhə bölgəsindən kənara daşıyaraq dinc əhalini və mülki infrastrukturu hədəf almasını xatırladıb:
"Həmin dövrdə də ermənilər mənfur xislətlərindən əl çəkməyərək, Bərdəni, Tərtəri, Gəncəni bombalayaraq, dinc insanların ölməsinə səbəb olublar. Biz millət və dövlət olaraq illərlə bu acını yaşamışıq. Lakin sonda 44 günlük Vətən müharibəsi nəticəsində Ermənistan dövlətini də, ordusunu da, ermənilərin arxasında duran məkrli qüvvələri də məğlubiyyətə düçar etdik. Ona görə ermənilər hələ də bununla barışmır, təxribatçı addımlarını davam etdirirlər".
"Son dövrlər Azərbaycana qarşı başlanan qarayaxma kampaniyası da 1980-ci illərin sonu, 1990-cu illərin əvvəlindən başlanan həmin məkrli siyasətin davamıdır. Biz nə qədər təzyiqlərlə üzləşmişik, ikili standartlara məruz qalmışıq, amma buna baxmayaraq, ayağa qalxdıq, ərazilərimizi işğaldan azad elədik. Bu isə o deməkdir ki, son dövrlərdəki qarayaxma kampaniyasının da heç bir xeyri olmayacaq", - deyə deputat vurğulayıb.
Müsahibimiz əlavə edib ki, Ermənistan bir dövlət kimi inkişaf etmək və ümumiyyətlə, dövlətçiliyini qoruyub saxlamaq istəyirsə, çıxış yolu Azərbaycanla ortaq məxrəcə gəlmək, sülhə doğru addımlar atmaqdır: "Yox, ermənilər yenə də bunun əksinə, təxribatla məşğul olacaqlarsa, arxalarına müəyyən qüvvələri alıb bölgədə gərginlik yaratmağa çalışacaqlarsa, yenə də layiqli cavablarını alacaqlar. Çünki Azərbaycan dövlət olaraq çox güclüdür. Hərbi, siyasi və iqtisadi potensialımız çox güclüdür. Azərbaycan xalqında milli ruh var və hesab edirəm ki, bizə qarşı olan qarayaxma kampaniyaları və təzyiqləri yenə də effekt verməyəcək".
Mərahim Nəsib
"Azərbaycan və Ermənistan" teqi üzrə xəbərlər
- Rusiya Azərbaycan və Ermənistan parlament sədrləri üçün platforma təqdim etməyə hazırdır
- Ermənistan regional kommunikasiyaların açılması ilə bağlı Azərbaycana təklif göndərib
- Zaxarova: "Qərbin təzyiqi ilə İrəvan bütün üçtərəfli formatlarda iştirakını dayandırıb"
- Ermənistan: Sülh pərdəsi altında hərbiləşmə
- BRICS Azərbaycana nə verə bilər?