Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Azərbaycan və Rusiya ikitərəfli gündəmi və regional prosesləri müzakirə ediblər
Azərbaycan Prezidenti Administrasiyasının (PA) Xarici siyasət məsələləri şöbəsinin müdiri, Prezidentin köməkçisi Hikmət Hacıyev və Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko Azərbaycan ilə Rusiya arasında ikitərəfli müttəfiqlik münasibətləri məsələlərini, eləcə də aktual regional məsələləri müzakirə ediblər.
"Report"un Azərbaycanın Rusiyadakı səfirliyinin Mətbuat Xidmətinə istinadən xəbərinə görə, oktyabrın 8-də Moskvada Azərbaycan nümayəndə heyətinin MDB Dövlət Başçıları Şurasının iclasında iştirakı çərçivəsində işgüzar görüşü baş tutub.
Məlumata görə, tərəflər "3+3", Azərbaycan-Rusiya-İran formatında əməkdaşlıq, "Şimal-Cənub" nəqliyyat dəhlizinin inkişafı, Azərbaycanın ŞƏT və BRICS ilə qarşılıqlı fəaliyyəti və s. məsələlərə xüsusi diqqət yetiriblər.
Prezidentin köməkçisi A.Rudenkoya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması üzrə danışıqlar prosesinin gedişatı barədə məlumat verib, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı müddəaların aradan qaldırılması üçün Ermənistan qanunvericiliyində dəyişiklik edilməsinin zəruriliyinə diqqət çəkib.
Görüşdə, həmçinin, Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev də iştirak edib.
"Hikmət Hacıyev" teqi üzrə xəbərlər
- Hikmət Hacıyev "Politico"nun qərəzli məqaləsini dezinformasiyanın çirkin nümunəsi adlandırıb
- Hikmət Hacıyev amerikalı parlamentariləri ermənipərəst mövqelərinə görə sərt tənqid etdi
- Qərbin ikiüzlülük nümunəsi: COP29-a kölgə salmaq üçün səmərəsiz cəhdlər
- Hikmət Hacıyev Ermənistanın Azərbaycana qarşı ekoloji terroru ilə bağlı görüntülər paylaşıb
- Hikmət Hacıyev Fransanın və Ermənistanın COP29-da iştirak etməməsi məsələsindən danışıb