Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Teylor Sviftin ailə qurmaq üçün sevgilisinə qoyduğu şərt
Məşhur müğənni Teylor Svift və futbolçu Trevis Kelsi münasibətlərini yalnız ciddi nikah müqaviləsi bağladıqdan sonra qanuniləşdirəcəklər.
Oxu.Az xəbr verir ki, bu barədə "Life & Style" nəşrinə insayder məlumat verib.
"Teylor heç vaxt nikahdan əvvəl razılaşma olmadan münasibətlərini rəsmiləşdirməyəcək", - deyə mənbə bildirib.
O, cütlüyün müqavilənin detallarını artıq müzakirə etdiyini, lakin məşhurların iş qrafiki və digər rəsmiyyətlərə görə danışıqların nəticəsiz qaldığını bildirib. İnsayderin sözlərinə görə, Svift və Kelsi ailə qurmazdan əvvəl bütün maliyyə və hüquqi məsələləri həll etmək istəyirlər.
Qeyd edək ki, həm Svift, həm də Kelsi əhəmiyyətli şəxsi sərvətə sahibdirlər. Svift üçün bu, bir milyard dollardan (1.7 milyard manat) çox, Kelsi üçün isə təxminən 70 milyon (119 milyon manat) dollardır.
"Onlar uzun müddətdir ki, özlərini qeyri-rəsmi nişanlı hesab edirlər və həyatlarının qalan hissəsini birlikdə keçirmək və ailə qurmaq niyyətindədirlər", - deyə insayder bildirib.
Xatırladaq ki, Teylor Sviftin futbolçu Trevis Kelsi ilə münasibətlərinə dair xəbərlər məşhurların bir neçə dəfə fotoqraflar tərəfindən görüntülənməsindən sonra ortaya çıxıb.
Rəylər