Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Teylor Svift seçkidə dəstəkləyəcəyi namizədin adını açıqladı
Müğənni Teylor Svift ABŞ-də qarşıdan gələn prezident seçkisində Demokrat Partiyasının namizədi Kamala Harrisə səs verəcəyini bəyan edib.
Oxu.Az-ın məlumatına görə, o, bu barədə "Instagram" sosial şəbəkəsindəki hesabında yazıb.
"2024-cü il prezident seçkisində səsimi Kamala Harris və Tim Volsa verəcəyəm", - deyə o bildirib.
Svift əlavə edib ki, Harrisin respublikaçıların namizədi Donald Trampla seçkiqabağı debatına baxıb. Müğənninin sözlərinə görə, onun açıq şəkildə öz mövqeyini bildirməsinə səbəb süni intellekt tərəfindən yaradılmış və onun Trampı dəstəklədiyini göstərən video olub.
Sviftin fikrincə, Harris ABŞ-nin daha çox nailiyyət əldə edə biləcəyi güclü və istedadlı liderdir.
Xatırladaq ki, əvvəlki prezident seçkisində də milyonlarla izləyicisi olan Svift Co Baydeni dəstəkləmişdi.
Qeyd edək ki, ABŞ-də prezident seçkisi 5 noyabrda keçiriləcək.
Rəylər