Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Murad Arif: “Mən müsəlman deyiləm” - VİDEO
Baku TV-də yayımlanan “Qapqara” verilişinin yeni buraxılışı efirə gedib.
Verilişin budəfəki sayının qonağı müğənni Murad Arif olub.
O, “YouTube” da yayımlanan “Popumuz var” layihəsinə dəvət etdiyi qonaqları necə seçməsi barədə danışıb:
“Elə qonaqlar olub ki, yazılan rəylərin əsasında çağırmışam. Elələri də var ki, özümə maraqlıdır deyə. Meyxanaçı qonağım isə olmayıb. Sağlığında Vüqar Biləcərini dəvət etmək istəyirdim. Başqa birini çağırmalı oldum. Bu məsələni ertələdim və Vüqar dünyasını dəyişdi”.
Müğənni verilişin aparıcısı Kamran Ağabalayevin “Demokratiya, diktatura, yoxsa heç biri” sualına cavab verərkən deyib:
“Mədəni və intellektual səviyyəsini yetişdirmədiyin cəmiyyət üçün demokratiya təhlükəlidir. Bəziləri kökə ilə, bəziləri şallaqla anlayırlar”.
M.Arif heç bir dinə inanmadığını da etiraf edib:
“Nə müsəlman, nə də xristianam. Müsəlman ailədə doğulub böyümüşəm. Ətrafımda da ibadət edən adamları görürəm. Anlayıram ki, heç bir dinə aid deyiləm”.
Ətraflı süjetdə:
"Meyxana" teqi üzrə xəbərlər
- Ələkbər Yasamallı meyxanadan getdi
- Gənc yaşda vəfat edən meyxanaçılar: Onlar niyə uzun yaşamırlar?
- Meyxanaçı Kərimin oğlu: “Qapımızın yerini tanımayan meyxanaçılar yalan danışırlar”
- Namiq Qaraçuxurlu arxiv görüntülərini paylaşdı: “Ağılları bunu həzm edə bilmir” - VİDEO
- Meyxanaçı Ağamirzə: “Necə deyim ki, sən meyxanaçı deyilsən?”
Rəylər