Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Meyxanaçı Kərimin oğlu: “Qapımızın yerini tanımayan meyxanaçılar yalan danışırlar”
Uzun müddətdir xəstə yatan meyxanaçı Kərimin oğlu meyxanaçılardan giley-güzar edib.
Lent.az-a açıqlama verən Kamil bildirib ki, meyxanaçıların bir çoxu efirdə atası ilə maraqlanmaları barədə yalan danışırlar.
“Çıxırlar efirə, “Kərim ustaddır, baş çəkirik, yardım edirik” deyirlər. Amma soruşsan, nə mənim nömrəmi bilirlər, nə Kərimin qapısını tanıyırlar. Yalan danışırlar. Tez-tez ən yaxın dostu Ağamirzə baş çəkir”, - o bildirib.
Kamil bildirib ki, atasının vəziyyəti sabit olaraq qalır:
“Dərmanlarını içiririk, müalicəsi gedir. Vəziyyətində dəyişiklik yoxdur, həmişəki kimidir. Yatağa bağlı yaşayır”.
Qeyd edək ki, meyxanaçı Kərim bir neçə il öncə insult keçirib və yataq xəstəsidir.
Rəylər