Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Aysun: “Heç vaxt 200-300 manata oxumamışam” - VİDEO
“Heç vaxt 200-300 manata şənliklərə gedib oxumamışam”.
Bu sözləri müğənni Aysun İsmayılova qonaq olduğu “Xəbər-ətər” verilişində deyib.
O qeyd edib ki, aşağı qonorara oxumağı özünə yaraşdırmır:
“Bugünkü gün gündəmdə beş müğənni varsa, biri özüməm. Toy bazarında dörd-beş müğənni varsa, yenə də biri özüməm. Yeganə müğənnilərdənəm ki, şou proqramlara getmirəm. Heç zaman da getməmişəm. Restoranlarda əgər çıxış edirəmsə, özəl müğənni kimi səhnə alıram. Yəni toydan və konsertdən aldığım qonorar nədirsə, onu da oradan alıram. Mahnımın birinin qiyməti 3 000 - 4 000 manatdır. Niyə mən 300 manata oxuyum ki? Əgər mən 200 manatlıq restoranın menyusuna daxil olub oxuyacağamsa, səhər mənə niyə 3 000 manat pul verib, toya aparsınlar? Onsuz da məni hər gün o restoranda görəcəklər”.
Rəylər