Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Rusiyanı "Avroviziya"da ilk üçlüyə daxil edən nənələrdən biri vəfat etdi
Rusiyanı "Avroviziya"da təmsil edən "Buranovskiye babuşki" qrupunun üzvü Yekaterina Şklyayeva 87 yaşında vəfat edib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Udmurtiya rəhbəri Aleksandr Breçalov məlumat verib.
"O, həm mahnıda, həm də həyatda kollektiv üçün kamerton idi. Etdiyi hər şeyə qəlbini qoyurdu və həmişə ətrafındakıları iradə gücü ilə ruhlandırırdı", - deyə respublika rəhbəri bildirib.
Kollektivin bədii rəhbəri Olqa Tuktaryovanın sözlərinə görə, son vaxtlar Yekaterina Semyonovna Şklyayeva yatağa düşmüşdü və artıq qalxa bilmirdi.
Qeyd edək ki, "nənələr"in 2012-ci ildə "Party for Everybody" mahnısı "Avroviziya" müsabiqəsində ikinci yeri tutmuşdu.
Rəylər