Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
“Avroviziya”dan kənarlaşdırılan iştirakçı hakim qarşısına çıxacaq
"Avroviziya" mahnı müsabiqəsində Niderlandı təmsil edən Yost Klyain yarışdan bir ay sonra İsveçdə hakim qarşısına çıxacaq.
Müsabiqənin təşkilatçıları operatora qarşı etdiyi hədələyici hərəkət səbəbindən Klyaini yarışda iştirakdan uzaqlaşdırıb.
Belə ki, operatorlar səhnəyə çıxmazdan öncə sənətçini lentə almağa başlayıblar, bu isə onun xoşuna gəlməyib. Müğənninin vəkilinin sözlərinə görə, Klyain həmin zaman kameraları işə salmamağı xahiş edib, lakin operator razılaşmaya baxmayaraq, yenə də çəkiliş edib. Operatorun niyə belə etməsinin səbəbi isə məlum deyil.
İsveç polisi hadisə ilə bağlı araşdırmasını başa çatdırıb və bir neçə həftə ərzində müğənniyə qarşı hər hansı prosedurunun icra edilməsi barədə qərar verəcək. Məlumata görə, Yost Klyain iyunda məhkəmə qarşısına çıxacaq.
Qeyd edək ki, daha əvvəl Niderlandın yarışmada iştirakını təşkil edən şirkət yayımçılar birliyinin Klyaini diskvalifikasiya etmək qərarını pisləyib.
Mənbə: KP.ru "Telegram"
Rəylər