Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Anasını və qardaşının həyat yoldaşını bıçaqlayan şəxsin cəzası azaldıldı
Gəncə Apellyasiya Məhkəməsində Bərdədə anasına və qardaşının həyat yoldaşına xəsarət yetirməkdə təqsirləndirilən Hacıbala İsayevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az xəbər verir ki, hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, apellyasiya şikayəti qismən təmin edilib, Gəncə Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm təqsirləndirilən şəxsə təyin olunmuş cəzaya aid hissədə dəyişdirilib. Məhkəmənin hökmü ilə Hacıbala İsayevin təqsirli bilindiyi Cinayət Məcəlləsinin 126.2.1, 126.2.2 və 126.2.3-cü maddələri ilə təyin edilmiş 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının həddi 6 il 6 aya endirilib.
Qeyd edək ki, hadisə 3 iyun 2023-cü il tarixində saat 19 radələrində Bərdə rayonu, Mollagüllər kəndində yerləşən fərdi yaşayış evində qeydə alınıb. Belə ki, iki nəfərə bıçaqla xəsarət yetirilməsi barəsində rayon polis şöbəsinə məlumat daxil olub. Cinayət əməlini törətməkdə şübhəli bilinən 1997-ci il təvəllüdlü Hacıbala İsayev saxlanılıb. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilib.
"Gəncə Ağır Cinayətlər Məhkəməsi" teqi üzrə xəbərlər
- Parlamentin əməkdaşına yeni vəzifə VERİLDİ
- Keçmiş arvadını azyaşlı oğlunun gözləri qarşısında öldürmək istəyən şəxsə AĞIR CƏZA
- Toydan sərxoş çıxan gənc həmkəndlisini arvadının gözü qarşısında öldürdü - AĞIR CƏZA
- Zarafat üstündə həmkəndlisini bıçaqlayan şəxslə bağlı QƏRAR
- Tovuzda 71 yaşlı qadının diş protezini oğurlayıb qətlə yetiriblər - HÖKM
Rəylər