Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Zarafat üstündə həmkəndlisini bıçaqlayan şəxslə bağlı QƏRAR
Gəncə Apellyasiya Məhkəməsində Bərdədə həmkəndlisinə xəsarət yetirməkdə təqsirləndirilən Mürvət Qarayevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az xəbər verir ki, hakim Əlizamin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
Xatırladaq ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mürvət Qarayevə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Təqsirləndirilən şəxsin barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilib və Mürvət Qarayev məhkəmə iclas zalında dərhal həbs olunub.
İttihama görə, hadisə 20 may 2023-cü ildə Bərdə rayonu, Gərənə kəndində qeydə alınıb. Belə ki, Mürvət Qarayev Bərdə şəhəri H.Əliyev prospektində yerləşən "Nəqşicahan" şadlıq sarayında qonaq kimi iştirak etdiyi toy məclisindən çıxıb. Sonra sarayın qarşısında onunla eyni məclisdə olan həmkəndlisi, zərərçəkmiş Ceyhun İbişov təqsirləndirilən şəxslə zarafat edib, ona nalayiq ifadələr işlədib. Mürvət də bundan əsəbiləşərək Ceyhunun ondan üzr istəməsini tələb edib. Daha sonra o, yaşadığı Bərdə rayonu, Gərənə kəndinə gedib evdən kəsici-deşici alət götürüb zərərçəkmiş şəxsin yaşadığı ünvana gedib. Nəticədə Mürvət Ceyhunun qarın nahiyəsinə qəsdən bir dəfə zərbə vuraraq ona xəsarət yetirib.
Hadisədən sonra Mürvət Qarayev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Rəylər