"Gəncə Ağır Cinayətlər Məhkəməsi" teqi üzrə xəbərlər

Gəncə Ağır Cinayətlər Məhkəməsi Azərbaycan Respublikasının məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər və “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 22 iyun tarixli 1043-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2010-cu il tarixli Fərmanına əsasən yaradılmışdır.

Gəncə Ağır Cinayətlər Məhkəməsi fəaliyyətinə 01 yanvar 2011-ci il tarixindən başlamışdır.

Azərbaycan Respublikası apelyasiya instansiyası məhkəmələrinin, ağır cinayətlər məhkəmələrinin, inzibati-iqtisadi məhkəmələrin və hərbi məhkəmələrin ərazi yurisdiksiyası haqqında Azərbaycan Respublikası Prezidentinin 09 avqust 2010-cu il tarixli Fərmanına əsasən Gəncə Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidləri aşağıdakılardır:

1. Ağdam rayonu
2. Ağstafa rayonu
3. Bərdə rayonu
4. Daşkəsən rayonu
5. Gədəbəy rayonu
6. Gəncə Şəhəri 
7. Goranboy rayonu
8. Göygöl rayonu
9. Xankəndi şəhəri
10. Xocalı rayonu
11. Kəlbəcər rayonu
12. Qazax rayonu
13. Naftalan şəhəri
14. Samux rayonu
15. Şəmkir rayonu
16. Tərtər rayonu
17. Tovuz rayonu

Ən çox axtarılanlar