Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Yalçın Rəfiyev: "İnsan İnkişafına dair Bakı Təşəbbüsü qlobal səviyyədə çoxşaxəli yanaşma tələb edir"
"İqlim dayanıqlılığı üçün İnsan İnkişafına dair Bakı Təşəbbüsü qlobal səviyyədə çoxşaxəli yanaşma tələb edir".
Oxu.Az xəbər verir ki, bunu COP29-un baş danışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev tədbir çərçivəsində təşkil olunmuş "İqlim dayanıqlılığı üçün İnsan İnkişafına dair Bakı Təşəbbüsü" mövzusunda birgə iclasda bildirib.
O qeyd edib ki, bu təşəbbüs insanyönümlü iqlim fəaliyyətinə olan öhdəliyimizin təbii ifadəsidir, sektorlar arasında qlobal əməkdaşlığı gücləndirəcək, investisiyaları səfərbər edəcək və insan inkişafının iqlim strategiyamızın əsas sütunu olmasını təmin edəcək çoxşaxəli və hərtərəfli yanaşma tələb edir:
"Bakı Təşəbbüsünün əsasında insan inkişafı və iqlim fəaliyyətinin ayrı-ayrı deyil, qarşılıqlı güclənən məqsədlər olduğu inamı durur. Bu, "yaşıl iş" imkanlarında gender fərqinin aradan qaldırılmasına, qadınların formalaşmaqda olan yaşıl iqtisadiyyatda iştirakının dəstəklənməsinə diqqət yetirməklə hamı üçün təhsil və bacarıq təliminə bərabər çıxış təmin edilməsi kimi məsələləri əhatə edir".
Nazir müavini əlavə edib ki, təşəbbüs təhsil, iş yerləri və bacarıqların, sadəcə, dəstək sistemləri deyil, həm iqlim dəyişikliyinin azaldılması, həm də onun qaçılmaz təsirinə uyğunlaşmada iqlim fəaliyyətinin fundamental hərəkətverici qüvvələri olduğu ideyası ətrafında qurulub.
Məhərrəm Əliyev
"COP29" teqi üzrə xəbərlər
- COP29 iştirakçıları üçün PULSUZ ictimai nəqliyyat xidməti başa çatır
- Departament direktoru: "COP29-da müsbət qərarlar veriləcəyinə inanıram"
- COP29-un 12-ci günündə iştirakçılar təəssüratlarını bölüşdülər: Əsas gözləntilər nələrdir?
- COP29: İsrailin aerokosmik şirkəti Azərbaycanla əməkdaşlığı gücləndirir
- Qırğızıstan baş nazirinin müavini Bakını COP29-un təşkilinə görə yüksək qiymətləndirib