Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Vətəndaşlar dollar kreditlərindən niyə qaçırlar? - ARAŞDIRMA
“Dünən Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Milli Məclisdəki çıxışında, xarici valyutada kreditlərin payının 19%-ə endiyini bildirib. Mərkəzi Bankın sədri bunu tarixi minimum kimi dəyərləndirib”.
Bu fikirlərini Bizim.media ilə bölüşən bank məsələləri üzrə hüquqşünas Əkrəm Həsənov bildirib.
O, xarici valyutada olan kreditlərin həcminin azalmasını müsbət hal kimi dəyərləndirib.
Onun sözlərinə görə, bu, Mərkəzi Bankın ən böyük uğurlarından biridir:
“Belə ki, Azərbaycan iqtisadiyyatında belə kreditlər AMB-nin sabiq rəhbərliyinin ən böyük mənfi fəaliyyətinin nəticəsində çoxalmışdı. Bu da ona görə baş verirdi ki, banklar Mərkəzi Bankdan manatla kredit götürə bilmirdilər. Əgər milli valyutamız ölkənin əsas ödəniş vasitəsidirsə, kreditlər nəyə görə xarici valyutada verilməlidir? Artıq bunun qarşısı alınıb və müsbət bir haldır və bununla dollarlaşmanın da qarşısı alınır. Yaxşı olardı ki, proses bundan sonra da davam etdirilsin”.
İqtisadçı-ekspert Xalid Kərimli də dollarla olan kreditlərin payının azalmasını ilk növbədə Mərkəzi Bankın fəaliyyətinin nəticəsi kimi dəyərləndirib:
“Bu da banklar qarşısında qoyulan bəzi tələblərin fonunda baş verir. Artıq həm banklar xarici valyutada kreditlərin verilməsində, həm də müştərilər bu vəsaitləri almaqda maraqlı deyillər. Ona görə ki, birinci devalvasiyadan sonra vətəndaşlar qorxuya düşdülər və dollarla kreditlərin faizləri nisbətən ucuz olsa da, hələ də risk etmək istəmirlər. Bu da yaxşı haldır”.
"Əkrəm Həsənov" teqi üzrə xəbərlər
- Yaşıllıq qatillərinə qarşı sərt cəzalar: Sanksiyalar sərtləşdirilir
- Azərbaycanda banklar gəliri xaricdən olan vətəndaşlara kredit vermirlər?
- Kredit borcuna görə edilən zənglər: Bankı məhkəməyə verib təzminat almaq olar
- Borca görə ölkədən çıxışa qadağa qoyula bilərmi?
- Sürücü vurduğu piyadadan pul tələb edə bilər?