Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Torpaq almaq üçün də ipoteka krediti verilir?
Bakıda torpağın qiyməti artmaqda davam edir. Qiymətlər hər kəs üçün əlçatan olmadığından torpağı ipoteka ilə almaq istəyənlər də kifayət qədərdir.
Bəs bu hal qanunvericiliklə necə tənzimlənir?
Xezerxeber.az-ın məlumatına görə, əmlak məsələləri üzrə ekspert Elnur Azadov torpağın ipoteka ilə alınmasının dünya təcrübəsində geniş yayıldığını bildirib:
"Ölkəmizdə isə torpaq ipotekası hazırda yalnız kommersiya bankları tərəfindən verilir".
Azərbaycan Banklar Assosiasiyasının hüquq ekspert qrupunun rəhbəri Qorxmaz Ağayev bildirib ki, kommersiya banklarına torpaq krediti üçün müraciət edənlər var.
Onun sözlərinə görə, dövlət banklarında torpaqların ipoteka ilə alınması isə nəzərdə tutulmayıb, amma istisnalar var.
Şərtlərə gəlincə, mütəxəssis qeyd edib ki, ipoteka ilə bağlı bütün prosedurlar eynidir:
"Sadəcə burada mənzilin əvəzinə torpaq qiymətləndirilir".
Ətraflı süjetdə: