Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
"SOCAR Tower"in yeraltı avtomobil dayanacağında elektrikdoldurma məntəqəsi istifadəyə verilib
"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində və COP29 tədbirinin keçirildiyi dövrdə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ətraf mühitin qorunmasına və təmiz enerji təşəbbüslərinə dəstək verən əhəmiyyətli addımlar atır.
Bu çərçivədə həyata keçirilən tədbirlərin davamı olaraq, SOCAR-ın Baş ofisinin inzibati binasının ("SOCAR Tower") yeraltı avtomobil dayanacağında elektrik və plagin hibrid nəqliyyat vasitələri üçün müasir elektrikdoldurma məntəqəsi (EDM) istifadəyə verilib.
Yeni EDM-də 22 kVt-lıq və 60 kVt-lıq güclə təchiz olunan elektrikdoldurma stansiyaları xüsusi işarələr ilə digər zonalardan ayrılaraq unikal bir xidmət sahəsi olaraq fəaliyyət göstərəcək. Bu sosial layihə çərçivəsində, SOCAR əməkdaşları bu məntəqədən ödənişsiz istifadə edə biləcəklər. Doldurma xidmətinin enerji xərcləri isə şirkət tərəfindən qarşılanacaq, bu, SOCAR-ın əməkdaşlarının rahatlığına və yaşıl enerji təşəbbüsünə verdiyi önəmi nümayiş etdirir.
SOCAR-ın ekoloji davamlılığa töhfəsini genişləndirmək məqsədilə yaxın gələcəkdə "SOCAR Tower"in əsas girişinin yaxınlığında 60 kVt-lıq, ikiçıxışlı əlavə elektrikdoldurma stansiyasının quraşdırılması da planlaşdırılır. Bu təşəbbüs təmiz enerjiyə keçidə dəstək verərək ekoloji tarazlığın qorunmasına töhfə vermək məqsədi daşıyır.
SOCAR-ın bu layihəsi ətraf mühitin qorunmasına və davamlı enerji mənbələrinə keçidə yönəlmiş strateji addımlarından biridir və şirkətin ekoloji məsuliyyətini ön planda tutan yanaşmasını bir daha təsdiqləyir.
"Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR)" teqi üzrə xəbərlər
- SOCAR ilə "Tree Energy Solutions" arasında Birgə Tədqiqat Sazişi imzalanıb
- Mikayıl Cabbarov və Rövşən Nəcəf Ken Vest ilə görüşdülər
- "SOCAR Green" və "PowerChina" şirkətləri Anlaşma Memorandumu imzalayıblar
- Hesablama Palatası: "SOCAR gələn il 462 milyon manat dividend ödəməli olacaq"
- Mikayıl Cabbarov:"İqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi vacibdir"